Federasiyanın general prezidenti onları yığdı, problemləri dinlədi

26 May 2023 03:00 Voleybol 445
Federasiyanın general prezidenti onları yığdı, problemləri dinlədi

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yeniyetmə və gənc voleybolçularla görüşüb.

Sportinfo.az xəbər verir ki, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və baş katib Faiq Orucovun iştirak etdiyi yığıncağa 19-21 may tarixlərində AVF-də keçirilmiş 15 yaşadək qızlar arasında turnirdə fərqlənən oyunçular və onların məşqçiləri qatılıblar.

General Şahin Bağırov onlarla söhbətində voleybolun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu işdə gənclərin yaxından iştirakının zəruriliyini ifadə edib.

Federasiya rəhbəri dərslə bərabər məşqlərə də vaxt ayırdıqları üçün voleybolçulara və onların valideynlərinə təşəkkür edib.

Voleybolçuların problemləri ilə maraqlanan Ş.Bağırov onları bir neçə gün əvvəl keçirilmiş turnirdə sərgilədikləri gözəl oyun münasibətilə təbrik edib, gələcək yarışlarında uğurlar arzulayıb.

Daha sonra çıxış edən Faiq Qarayev gənclərin məşq prosesinə necə yanaşmalı olduqlarından danışıb. Peşəkar voleybolçu kimi yetişmək istiqamətində məsləhətlərini verən F.Qarayev gənclərə karyeralarında uğurlar arzulayıb.

Daha sonra “Azərreyl-2” komandasının baş məşqçisi, Əməkdar məşqçi Alla Həsənova da fikirlərini bölüşüb.

O, yarışda fərqlənən voleybolçuların seçim əsasında millinin ikinci komandasına cəlb ediləcəklərini bildirib.

A.Həsənova belə seleksiya tipli yarışların tez-tez keçirilməsinin vacib olduğunu deyib. Qeyd edib ki, məhz bu yarışlarda oyunçular özlərini göstərmək və təcrübə toplamaq imkanı qazanırlar.

Digər Xəbərlər
Xəbər Lenti