Azərbaycan millisinin oyunçusu qazandı - Rumıniya Superkubokunu

21 Noyabr 2022 03:00 Voleybol 1 006
Azərbaycan millisinin oyunçusu qazandı - Rumıniya Superkubokunu

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu “CSM Lugoj” komandasında imza atıb.

Final matçında “CSO Voluntari” ilə üz-üzə gələn “CSM Lugoj” 3:0 hesablı (25:21, 25:23, 25:22) qələbə qazanıb. Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb.

Bu, “CSM Lugoj”un qazandığı ilk kubokdur.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...