"Onlara elə gəlir ki, biz cinayətkarıq"

4 İyun 19:30 Türkiyə 154
"Onlara elə gəlir ki, biz cinayətkarıq"

“Fiorentina”nın futbolçusu, icarə əsasında “Beşiktaş”da çıxış edən Kevin-Prins Boatenq rasizm barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Boatenq dəfələrlə irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib.

O, qaradərililərə neqativ münasibətin olmasından gileylənib: “Meymun jestləri. Vurduğumuz hər qoldan sonra bizə banan atırlar. Biz səni qutuya qoyub gəldiyin ölkəyə göndərəcəyik. Su şüşələrini atır və qışqırırlar: “Bəlkə səni yuyaq”.

Avropada irqçiliyi gizlədirlər. İnsanlar fərdi qaydada buna yol vermirlər. Amma qrup halında yığışanda qışqırmağa başlayırlar.

Küçədə gəzdiyim zaman insanlar məni görüb digər tərəfə keçirlər. Avtomobildə gedəndə mənə qəribə tərzdə baxırlar. Polis heç bir səbəb olmadan məni saxlayır.

Yəqin ki, dərimin rəngi qara olduğu üçün belə edirlər. Onlara elə gəlir ki, biz cinayətkarıq. Mən bütün həyatım boyu çalışmışam ki, futbolçu olum. Amma siz məni ittiham edirsiz ki, niyə belə görünürəm. Hər şey getdikcə daha da pisləşir”.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 22:40 "Sabah" ona iş verdi
8 İyul 10:24 Bravo qazandırır!
8 İyul 00:00 "Qarabağ"dan QORXURLAR!