Məşhur iş adamı açıqladı: "Bir klub ala bilərəm"

9 May 2020 09:28 Türkiyə 1 300
Məşhur iş adamı açıqladı: "Bir klub ala bilərəm"

Məşhur türkiyəli aparıcı və iş adamı Acun İlicalının bir müddət əvvəl "Fənərbağça"nın prezidenti olacağı barədə xəbərlər yayılmışdı.

İndi isə məlum olur ki, TV 8-in sahibi Türkiyədə deyil, Avropa ölkələrindən birində klub almağı düşünür.

Sportinfo.az xəbər verir ki, bu klubun Niderland Erediviziyasında çıxış edən "Fortuna Sittard" olduğu iddia olunur.

Məsələ ilə bağlı daha bir türkiyəli iş adamı, Niderland təmsilçisinin sahibi İşıtan Gün açıqlama verib. O bildirib ki, bu barədə informasiyası yoxdur: "Bu, doğru deyil. Bu məsələ ilə bağlı mənə müraciət edilməyib".

Acun Ilıcalı isə haqqında yayılan xəbərlərlə bağlı bunları söyləyib: “İdman kanalı açmağı düşünmürəm, Türkiyədə futbolla bağlı mənfi enerji azalarsa, bunu düşünə bilərəm.

“Survivor”da enerji var və bunun azarkeşləri meydana gəlib. İndi ortada ciddi bir gərginlik var. Buna dözə bilərəm, ancaq futbolda bunun 10 qatı olacaq.

Hazırda “Fənərbağça” və “Ərzurumspor” nə istəsə, edərəm. Ancaq belə bir planım var: Avropada bir klub ala bilərəm. Gözəl bir yerdən gözəl bir klub ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti