"Çox peşmanam, məni buna məcbur etdilər" - VİDEO

25 Fevral 2020 18:06 Türkiyə 1 230
"Çox peşmanam, məni buna məcbur etdilər" - VİDEO

Türkiyə millisinin və “Qalatasaray”ın əfsanəvi futbolçusu Hakan Şükür maraqlı açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, sabiq forvard siyasətə qoşulduğu üçün peşman olduğunu bildirib.

Hakan Şükür FETÖ terror təşkilatı ilə əlaqədə ittiham olunur. O, buna məcbur edildiyini söyləyib: “Siyasətə heç qoşulmaq istəmirdim.

Məcbur etdilər, peşman oldum. Əslində sonradan anladım ki, siyasət ancaq bizim şöhrətimizdən istifadə edir. Siyasətçilər məşhurların bu imkanlarından yararlanmaq istəyir.

Dəfələrlə müxtəlif vəzifələrdə işləmək üçün təkliflər aldım. Artıq çox peşmanam və karyerama yalnız futbolda davam etmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"