Terim “Qalatasaray”la tarixə keçdi, 21 və 15 illik seriyalar qırıldı

24 Fevral 01:58 Türkiyə 676
Terim “Qalatasaray”la tarixə keçdi, 21 və 15 illik seriyalar qırıldı

Türkiyə Super Liqasının 23-cü turuna İstanbul derbisi damğa vurdu.

Sportinfo.az xəbər verir ki, “Fənərbaxça” “Şükrü Saracoğlu” stadionunda əzəli rəqibi “Qalatasaray"ı qəbul etdi və 1:3 hesabı ilə uduzddu.

"Qalatasaray” bu qələbə sayəsində 21 illik tilsimi qırıb. “Sarı qırmızılar” 1999-cu ildən sonra səfərdə məğub edə bilmədiyi rəqibinə bu dəfə nəhayət ki, qalib gəlib.

“Fənərbaxça” isə 15 il sonra doğma meydanda İstanbul derbisindən məğlub ayrılıb. Sözügedən komanda sonuncu dəfə 2005-ci ildə “Beşiktaş”la ev oyunundan məğlub ayrılmışdı.

Bu oyun “Qalatasaray”ın baş məşqçisi Fatih Terim üçün də əlamətdar olub. O, “Fənərbaxça” ilə derbi matçlarında ən çox qələbə qazanan baş məşqçi kimi tarixə keçib.

66 yaşlı mütəxəssis 6-cı dəfə “Fənərbaxça” üzərində qələbəyə sevinib. Maraqlıdı ki, 21 il əvvəl qazanılan qələbə zamanı da “Qalatasaray”ın baş məşqçisi məhz Fatih Terim idi.

Xəbər Lenti