Türkiyə klubu Kocaman baş məşqçisi ilə yollarını ayırdı

9 Fevral 2020 16:14 Türkiyə 1 047
Türkiyə klubu Kocaman baş məşqçisi ilə yollarını ayırdı

"Konyaspor" baş məşqçi Aykut Kocamanla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, qərar Superliqanın XXI turunda "Denizlispor"la 0:0 hesablı heç-heçənin qeydə alındığı oyundan sonra verilib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Aykut Kocaman "Konyaspor"a 2018/2019 mövsümünün dövrələrarası fasilə dönəmində üçüncü dəfə baş məşqçi təyin olunub. Komanda bu mövsüm 21 oyundan 4 qələbə, 8 heç-heçə, 9 məğlubiyyətlə ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti