Falkao üçün "Qalatasaray"a 12 milyon avroluq təklif

6 Fevral 2020 12:58 Türkiyə 1 671
Falkao üçün "Qalatasaray"a 12 milyon avroluq təklif

Zədələr səbəbiylə “Qalatasaray”da kifayət qədər şans qazanmayan Radamel Falkao karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Əl-Əhli” klubu 33 yaşlı hücumçunu transfer etmək istəyir.

Digər hücumçusu Bafetimbi Qomislə yeni müqavilə imzalamağı düşünməyən klub, Falkao üçün “cim-bom”a 12 milyon avro təklif edib.

Keçən ilin yayında “Qalatasaray”a keçən kolumbiyalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti