"Qalatasaray" Emre Morla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək.
Türkiyəli hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Olimpiakos" klubunda çıxış edəcək. Bu keçid Afina təmsilçisinə 410 min avroya başa gəlib.
Gənc futbolçunun mövsümün qalan hissəsi üçün olan maaşı - 290 min avro isə "Qalatasaray" klubu tərəfindən ödəniləcək.
Müqavilə ilə İspaniyanın "Selta Viqo" klubuna məxsus olan Emre Mor cari mövsüm "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxıb.

