Hücumçunu mövsümün sonuna kimi icarəyə götürdü

30 Yanvar 2020 01:42 Türkiyə 856
Hücumçunu mövsümün sonuna kimi icarəyə götürdü

Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Oğuzhan Özyakupun Niderland “Feyenoord”una keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Niderland təmsilçisi 27 yaşlı hücumçunu mövsümün sonuna kimi icarəyə götürüb. Oğuzhan yeni komandasında 18 nömrəli formanı

geyinəcək.

“AZ Alkmaar” və London “Arsenal”ının yetirməsi olan Özyakup, “Beşiktaş”da 2012-ci ildən çıxış edir. 27 yaşlı futbolçunun klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi var. O, Türkiyə millisində 42 oyun keçirib, 1 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR