Droqba “Qalatasaray”a baş məşqçi kimi qayıdır?

28 Yanvar 2020 15:50 Türkiyə 1 039
Droqba “Qalatasaray”a baş məşqçi kimi qayıdır?

Bugünlərdə Türkiyə mediasında Didiye Droqbanın "Qalatasaray"a baş məşqçi kimi qayıdacağı ilə bağlı iddiaların ardı-arası kəsilmir.

Sportinfo.az xəbər verir ki, klub mediada yayılan xəbərləri təkzib edib:

"Bir sıra media orqanlarında Didiye Droqba və bəzi tanınmış mütəxəssislərlə klubumuzun danışıqlar aparması xəbərləri yayılıb.

Çempionluq üçün hədəfə doğru addımlayan klub rəhbərliyinin, məşqçi heyətinin, futbolçuların və azarkeşlərimizin konsantrasiyasını pozmaq üçün yayılan bu tip xəbərlər həqiqəti əks etdirmir".

Son günlərdə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ilə klub rəhbərliyi arasında Arda Turanın geri qayıtması ilə bağlı fikir ayrılığı yaranıb.

Bu məsələdən sonra mətbuatda Didye Droqbanın komandaya baş məşqçi kimi qayıdacağı və özü ilə bərabər bir neçə tanınmış futbol mütəxəssisini gətirəcəyi xəbərləri yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti