"Beşiktaş"ın yeni baş məşqçisi bilindi

27 Yanvar 2020 17:30 Türkiyə 1 001
"Beşiktaş"ın yeni baş məşqçisi bilindi

Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar"ın bundan sonra Sərgən Yalçın çalışdıracaq. Bu gün "Vodafone Park" stadionunda komandanın sabiq futbolçusu ilə bir araya gələn rəhbərlik onunla 1,5 illik müqavilə şərtlərində razılığa gəlib.

"Beşiktaş"ın yetirməsi olan Sərgən 1991-1997 və 2002-2006-cı illərdə İstanbul klubunda çıxış edib. Yalçının çalışdırdığı son klubu isə "Malatyaspor" olub.

Digər Xəbərlər
Xəbər Lenti