
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı Türkiyə Kubokunu qazanması münasibətilə təbrik edib.
Sportinfo.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.
“Qaziantepdə oynanılan final matçında qalib gələrək Türkiyə Kubokunun qalibi olan “Qalatasaray” futbol komandasını və bütün “Qalatasaray” tərəfdarlarını ürəkdən təbrik edirəm”, - Ərdoğan yazıb.
Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Sarı-qırmızılar"ın qollarını Barış Alper Yılmaz (5) və Viktor Osimhen (46, 63) vurublar.
"Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.