“Fənərbaxça” maraqlanır - Tanınmış ispaniyalı qapıçı ilə

10:00 Türkiyə 170
“Fənərbaxça” maraqlanır - Tanınmış ispaniyalı qapıçı ilə

“Fiorentina”nın qapıçısı David De Xea karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiperlə “Fənərbaxça” maraqlanır.

De Xeanın “Fiorentina” ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunadək qüvvədədir. O, azad agent kimi İstanbul klubuna keçə bilər.

34 yaşlı futbolçunun transfer dəyəri 5 milyon avro qiymətləndirilir. O, cari mövsümdə İtaliya çempionatında 33 oyun keçirib, 34 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti