“Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər” – ŞOK AÇIQLAMA!

8 Mart 2025 00:00 Türkiyə 760
“Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər” – ŞOK AÇIQLAMA!

Türkiyənin 1-ci liqa təmsilçisi “Amedspor”un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, o “Ajanspor”a açıqlamasında bəzi hakimlərin döyülməyə layiq olduğunu bildirib:

“Son zamanlar əleyhimizə verilən hakim qərarları artıb. Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü çətinliklə saxlaya bilirəm.

Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Onlar qəsdən “Amedspor”un xal qazanmasına mane olmağa çalışırlar.

Türk hakimləri aldıqları pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə ümid edirəm ki, bütün matçları əcnəbi hakimlər idarə edəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti