İstanbul nəhəngini İtaliya təmsilçisinə dəyişir - 7 milyon avroluq gündəm

28 Mart 2023 21:40 Türkiyə 822
İstanbul nəhəngini İtaliya təmsilçisinə dəyişir - 7 milyon avroluq gündəm

"Fənərbaxça"nın futbolçusu İsmail Yüksek karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Sassuolo" maraqlıdır.

A Seriyası təmsilçisi yayda Türkiyə millisinin üzvü üçün "sarı-lacivərtlilər"ə rəsmi təklif göndərəcək. İstanbul klubu futbolçunu 7 milyon avrodan aşağı qiyməyə satmağı düşünmür.

"Fənərbaxşa" İsmail Yükseki 2019-cu ilin yayında "Gölcükspor"dan transfer edib.

Türk yarımmüdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?