Tanınmış futbolçunun oğlu Azərbaycana qol vurdu, “Qalatasaray” da onu…

29 Sentyabr 2022 09:20 Türkiyə 1 315
Tanınmış futbolçunun oğlu Azərbaycana qol vurdu,  “Qalatasaray” da onu…

19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının yarımmüdafiəçisi Hamza Akman “Qalatasaray”ın əsas komandasına cəlb olunub.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı orta sahə oyunçusunun bu yüksəlişində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-19 komandası ilə keçirilən oyundakı vurduğu qollar həlledici olub.

“Qalatasaray”ın əfsanəvi futbolçusu Ayhan Akmanın oğlu olan Hamza sentyabrın 24-də yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşdə dubla imza atıb.

Onun məhz həmin oyundakı performansı “cim-bom”un baş məşqçisi Okan Burukun diqqətini çəkib.

Çalışdırıcı gənc yarımmüdafiəçinin əsas komandaya qoşulmasına və Super Liqanın qarşıdakı turlarında iştirak ərizəsinə salınmasına qərar verib.

“Qalatasaray” VIII tur çərçivəsində oktyabrın 1-də Super Liqada liderliyi bölüşdüyü “Adana Demirspor”la səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”