Türkiyəli iş adamı Namiqin kapitanını İngiltərə klubuna aparır

9 Dekabr 2021 01:00 Türkiyə 1 210
Türkiyəli iş adamı Namiqin kapitanını İngiltərə klubuna aparır

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubu “Hall Siti”nin səhmlərini almağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, TV8 kanalının sahibi Çempionşip təmsilçisinin hazırkı rəhbərliyi ilə hərtərəfli anlaşıb.

Məsələnin yalnız rəsmiləşməsi qalıb. 52 yaşlı biznesmen artıq transfer çalışmalarına da başlayıb. O, ilk transferini Türkiyədən reallaşdırmaq niyyətindədir.

TFF I Liqa təmsilçisi “Bursaspor”un yarımmüdafiəçisi Emirhan Aydoğanın İngiltərə klubuna keçidi gözlənilir. Ilıcalı “Hall Siti”ni alan kimi, “Bursaspor”la rəsmi danışıqlara başlayacaq.

Azərbaycan millisinin hücumçusu Namiq Ələskərov da “Bursaspor”da çıxış edir. 24 yaşlı Emirhan Aydoğan komandanın kapitanıdır.

Digər Xəbərlər
Xəbər Lenti