Yaponiyanın paytaxtı Tokioda qubernator postuna namizəd olan Taro Yamomoto maraqlı təkliflə çıxış edib.
Sportinfo.az xəbər verir ki, o, seçiləcəyi təqdirdə Tokio olimpiadasını ləğv edəcəyini söz verib.
Tokioda qubernator seçkiləri iyulun 5-də olacaq. Hazırda bu vəzifəni icra edən Yuriko Koike də namizəd olduğunu bildirib. O, açıqlamasında koronavirus pandemiyası səbəbindən gələn ilin yayına təxirə salınan olimpiadanın təhlükəsiz şəraitdə keçiriləcəyini vurğulayıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.