"Prezident qarşıya vacib məsələlər qoyub"

28 Fevral 2020 17:24 Paris-2024 667
"Prezident qarşıya vacib məsələlər qoyub"

"Olimpiada dünyada ən böyük hadisəsidir. Ötən ilin sonunda cənab Prezident idmançılarla görüş zamanı Oyunlarda iştirakın əhəmiyyətindən danışdı. Qarşıya vacib məsələlər qoyub".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK və tərəfdaşları arasında Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.

Hüseynzadə idmanın çox geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb: "İdman yarışlarının iki dayağı var. Könüllülər və tərəfdaşlar.

Onlar olmasa, təşkilatçılıq mümkün deyil. Bunu Bakıda keçirilən böyük yarışlarda da gördük. Tərəfdaşlarımız hər zaman bizim yanımızda olublar".

Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda, XV Yay Paralimpiya Oyunları 25 avqust - 6 sentyabrda keçiriləcək.

Xəbər Lenti