"Əminəm ki, onlar Olimpiadada vətənimizi ləyaqətlə təmsil edəcəklər"

26 Dekabr 2019 13:26 Tokio-2020 598
"Əminəm ki, onlar Olimpiadada vətənimizi ləyaqətlə təmsil edəcəklər"

"Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Hazırlıq son mərhələdədir".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

"Əminəm ki, Azərbaycan idmançıları Tokio Olimpiya Oyunlarında Vətənimizi ləyaqətlə təmsil edəcəklər və bizim bayrağımız qaldırılacaq, himnimiz səslənəcək. Mən bir daha bütün idmançıları, yüksək nəticələr qazanmış idmançıları nailiyyətləri münasibətilə təbrik edirəm. Azərbaycanın bütün idman ictimaiyyətinə yeni uğurlar, yeni qələbələr arzulayıram, - dövlət başçısı qeyd edib.

Xəbər Lenti