Azərbaycan bədii gimnastikada daha bir lisenziya qazandı

21 Sentyabr 2019 18:55 Tokio-2020 993
Azərbaycan bədii gimnastikada daha bir lisenziya qazandı

Bakıda bədii gimnastika üzrə dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, bu gün qrup hərəkərləri üzrə milli komandamız Tokio-2020 Olimpiya oyunlarına vəsiqə qazanıb.

Aliyə Paşayevə, Ayşan Bayramova, Diana Əhmədbəyli, Zeynab Hümmətova və Darya Sorikinadan ibarət olan komandamız çoxnövçülükdə iki çıxış edib. Gimnastlarımız iki hərəkətin cəminə görə 53 100 xalla 8-ci yeri tutublar və Olimpiya oyunlarına lisenziya əldə ediblər.

Fərdi yarışlarda Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanmışdı.

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı