Görüşdü, heyran qaldı - FOTO

3 Sentyabr 2021 01:10 Tokio-2020 849
Görüşdü, heyran qaldı - FOTO

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Seyko Hasimoto Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədovla görüşüb.

Sportinfo.az xəbər verir ki, Hasimoto görüş zamanı ölkə paralimpiyaçılarının nailiyyətlərinə heyran qaldığını bildirib və onların nəticələrini yüksək qiymətləndirib.

Azərbaycan təmsilçilərini təbrik edən Hasimoto onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Öz növbəsində, Rəhimov Tokio-2020-nin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliklərinə görə onlara təşəkkürünü çatdırıb.

Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər