Tokio-2020: Rüstəm medalın bir addımlığında

26 İyul 2021 12:59 Tokio-2020 556
Tokio-2020: Rüstəm medalın bir addımlığında

Tokio Olimpiadasında 73 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Rüstəm Orucov bürünc medal uğrunda mübarizəyə başlayıb.

Olimpiya komandamızın bayraqdarı təsəlliverici mərhələnin ilk görüşündə Kosova cüdoçusu Akil Qyakova ilə qarşılaşıb. Əsas vaxtda tərəflər xal qazanmayıb. Əlavə vaxtda isə "qızıl xal"ı Azərbaycan cüdoçusu qazanıb.

Qeyd edək ki, çəkisində dünya reytinqində 2-ci olan Rüstəm əsas medal ümidlərimizdən sayılır. O, ilk görüşdə rusiyalı Musa Moquşkova, daha sonra Tacikistan təmsilçisi Somon Mahmudbekova qalib gəlib.

1/4 finalda isə yaponiyalı olimpiya çempionu Şoheyi Onoya uduzaraq finala çıxmaq şansını itirib. İndi yeganə şans təsəlliverici mərhələdə hər 2 görüşü udaraq olimpiya bürüncünü qazanmaqdır.

Qeyd edək ki, Rüstəm Rio Olimpiadasında gümüş medala sahib çıxmışdı.

SPORTİNFO. AZ

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?