Baş katibin Hakimlər Komitəsində işi nədən ibarət olacaq? - AÇIQLAMA

03:30 Taekvondo 61
Baş katibin Hakimlər Komitəsində işi nədən ibarət olacaq? - AÇIQLAMA

Avropa Taekvondo Birliyinin (ETU) Hakimlər Komitəsinə üzvü seçilən Aygül Abdullayeva hakimlərin peşəkar inkişafına dəstək göstərəcək.

Sportinfo.az xəbər verir ki, A.Abdullayeva təlim və koordinasiya proseslərində iştirak edəcəyini deyib:

"Hakimlər Komitəsi daxilində əsas işim hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yarışlarda obyektivliyin və qaydalara uyğunluğun təmin edilməsi olacaq.

Həmçinin hakimlərin peşəkar inkişafına dəstək göstərəcəyəm, təlim və koordinasiya proseslərində iştirak edəcəyəm və yarışların daha keyfiyyətli idarə olunmasına töhfə verəcəyəm".

Eyni zamanda Azərbaycan Taekvondo Federasiyasının baş katibi olan A.Abdullayevanın təyinat müddəti ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə qalacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti