"Sumqayıt" təhlükəli rəqibdir" - kapitan

20 İyul 2021 22:10 Sumqayıt 630
"Sumqayıt" təhlükəli rəqibdir" - kapitan

"Bizi qarşıda iki çətin oyun gözləyir. Rəqib yaxşı müdafiə olunan intizamlı komandadır. "Sumqayıt" beş medafiəçi ilə oynayır. Əks hücumlarda sürətli futbolçuları var və təhlükəli rəqibdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının kapitanı Marko Dociç evdə "Sumqayıt"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi sabah meydana çıxmağı səbrsizliklə gözlədiyini bildirib. Dociçin sözlərinə görə ilk matçı Serbiyada oynamaq onlar üçün üstünlükdür: "Burada müsbət nəticə qazansaq, cavab görüşü asan ola bilər. Rəqibin güclü və zəif tərəflərini bilirik. Azərbaycanda futbol təcrübəsi olan oyunçu və məşqçilərdən təlimat aldıq".

Qeyd edək ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xəbər Lenti