
Türkiyənin tanınmış aparıcısı Fulya Öztürk Kahramanmaraşda fasiləsiz xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil hospitalının heyəti və psixoloqlarla görüşüb.
F.Öztürk azərbaycanlı yardım qrupuna təşəkkür edib.
“Azərbaycanın axtarış-xilasetmə qrupundan olan dostlar, tibb heyəti, psixoloqlar buradadır. Bizi heç yalnız buraxmadınız, Allah sizdən razı olsun”, - deyə F.Öztürk bildirib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri indiyədək dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.