"Demək olar ki, bütün amillərdə "Sabah" bizi üstələdi.
Rəqibin təzyiqinə məğlub olduq. Müdafiəçilərimizə fikirləşməyə vaxt vermirdilər.
15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a uduzduqları oyundan (0:2) sonra deyib.
O, "Neftçi"nin sabiq üzvü, hazırda komandasında çıxış edən Mateus Saldanyanın oyunu ilə bağlı da danışbı:
"Saldanya əla futbolçudur, ona inanıram. O, yüksək səviyyədə çıxış edir. Sadəcə uyğunlaşması üçün vaxt lazımdır.
Baş məşqçi "Sabah" bu gün 3-cü, "Partizan" isə 300-cü avrokubok oyununu keçirdi. Cavanın qocaya dərs keçdiyini deyə bilərikmi" sualını isə belə cavablandırıb:
"Sözsüz ki, demək olar. "Sabah" bizə dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik".
İqor Dulyay mərhələ keçmək şansları ilə bağlı bildirib:
"Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik.
Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşı oyun göstərəcəyik".