Azərbaycan klubu qapıçısı ilə müqaviləni pozdu

22 Sentyabr 2020 09:28 Sabah 1 894
Azərbaycan klubu qapıçısı ilə müqaviləni pozdu

“Sabah“da gözlənilən ayrılıq rəsmiləşib.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi Dmitro Bezrukla vidalaşıb.

2019-cu ilin aprel ayından ölkəmizdə çıxış edən ukraynalı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

1996-cı ildə Odessa şəhərində dünyaya gələn Bezrukı karyerası ərzində “Çernomorets”də çıxış edib. Ukrayna millisinin aşağı yaş qruplarında çıxış etmiş Bezruk U-21 komandasında 10 oyun keçirib.

Lakin o, “Sabah“da özünü göstərə bilmədi, daim Saşa Stamenkoviçin ehtiyatında qaldı. Rəqabətə davam gətirməyən ukraynalının yeri boş qalmayıb.

“Sabah” artıq heyətini yeni qapıçı ilə gücləndirib. “Ağ-göylər“ Alvaro Villete ilə anlaşıb.
29 yaşlı uruqvaylı “Patriotas”dan birillik icarəyə götürülüb. Villete son mövsümdə Kolumbiya klubunun heyətində 8 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti