Daha bir məşhur futbolçu Azərbaycandan getdi

24 Aprel 2020 14:00 Sabah 883
Daha bir məşhur futbolçu Azərbaycandan getdi

"Sabah" bu gün Marko Deviçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Ukrayna yığmasının sabiq hücumçusu ilə müqavilə koronavirus pandemiyası səbəbindən başa çatıb.

"Koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda Marko Deviç klub rəhbərliyinə müraciət edərək ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirmişdi.

Onun bu istəyinə müsbət cavab verilmişdi. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olmuşdu ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın.

Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq" – klubun açıqlamasında bildirilir.

Serbiya əsilli Marko Deviç daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay "Voydovats"ya keçən 37 yaşlı hücumçu cari mövsümün qış fasiləsində Serbiya klubundan yenidən Masazır təmsilçisinə transfer olunub.

Deviç Ukraynada "Futbol" telekanalına müsahibəsində deyib: "Vida matçı? Bu barədə düşünürəm. "Sabah"la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm".

36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: "Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim".

O, futbolçu karyerasını başa vurduqdan sonra nə edəcəyi barədə isə bunları bildirib: "Bəlkə məşqçi və ya futbol agenti olacağam. Bu iki şey barədə düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti