Azərbaycan klubundan ayrıldı, Super Liqa nəhənginin maraq dairəsinə düşdü

28 İyun 2023 03:00 Sabah 4 004
Azərbaycan klubundan ayrıldı, Super Liqa nəhənginin maraq dairəsinə düşdü

Bu yay "Sabah"la müqaviləsi başa çatan Aleksey Kaşuk "Trabzonspor"un maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb.

Qəzet yazıb ki, baş məşqçi Nenad Belitsa ukraynalı yarımmüdafiəçinin transferi üçün kluba tövsiyə verib.

A.Kaşuk müqavilə ilə Donetsk "Şaxtyor"una məxsudur.

Hazırda Kaşuk Ukrayna millisinin heyətində gənclər arasında Avropa çempionatında iştirak edir.

O, Xorvatiyaya qarşı keçirilən matçda (2:0) bir qol vurub və bir qolun ötürməsini edib. Həmçinin matçın ən yaxşı oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"