"Mən Azərbaycan klubu ilə danışdım, istəyimi başa düşdülər"

26 Fevral 2020 13:40 Sabah 990
"Mən Azərbaycan klubu ilə danışdım, istəyimi başa düşdülər"

“Sabah”ın sabiq futbolçusu Rocer Roxas paytaxt klubundan ayrılmasından danışıb.

Sportinfo.az xəbər verir ki, honduraslı hücumçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda çox yaxşı qarşılandığını, ancaq Kolumbiya klubundan gələn təkliflə “Sabah”dan ayrılmalı olduğunu deyib:

“Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi. Onların adət və qaydalarına uyğunlaşdıq. Bizim üçün fövqəladə bir təcrübə oldu.

Sonra Tolimadan yanıma gəldilər. “Deportes Tolimo”nun baş məşqçisi Hernan Torres mənə zəng edərək vəziyyətim barədə soruşdu. Mən Azərbaycan klubu ilə danışdım və şükürlər olsun ki, ayrılmaq istəyimi başa düşdülər”.

Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu paytaxt klubunda 13 oyunda 2 qol vurub. O, ötən ilin dekabrında Kolumbiyanın “Deportes Tolimo” klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti