"Sabah" Türkiyə klubunu uddu, çempion oldu

20 İyun 2023 02:40 Sabah 800
"Sabah" Türkiyə klubunu uddu, çempion oldu

Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub.

Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb.

Həlledici matçda “Altınordu” ilə qarşılaşan komanda bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.

Yarımfinal

"Sabah" - "Samsunspor" - 3:2
Qollar:
Abbas Məmmədli (2), Həsən Ramazanov.

Final

"Altınordu" - "Sabah" - 0:1
Qol:
Abbas Məmmədli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti