COP29

Renduliçin "Sabah"da günü necə keçir?

18 Aprel 17:00 Sabah 492
Renduliçin "Sabah"da günü necə keçir?

"Sabah" Krunoslav Renduliçin rəhbərliyi altında növbəti qələbəsini qazandı.

Son iki turda "Zirə" və "Turan Tovuz"a uduzan Masazır təmsilçisi bu dəfə çox ağır sınaqdan üzüağ çıxa bildi.

Xorvatiyalı mütəxəssisin yetirmələri çempion "Qarabağ"ı əliboş yola saldı - 3:2.

Amma hələ də əcnəbi çalışdırıcı barəsində qəti nəsə demək çətindir.

O, axtarış mərhələsindədir.

Öz komandasını qurmaq yolunda rotasiyalarını davam etdirir.

Məsələn, ilk matçlar müdafiədə Rəhman Daşdəmirova şans tanımırdısa, son oyunlar "5 nömrə"ni meydanda görürük.

"Qarabağ"la oyunda 3 stoperlə - Rəhman, Çakla və İrasaballa meydana çıxan komanda digər rəqibləri ilə "dördlü" müdafiə xəttinə keçəndə çalışdırıcı baş sındırmalı olur. Gah İrasablla Rəhman, gah da İrasabal Çakla ikilisinə üstünlük verir. İspaniyalının toxunulmaz olduğu aydındır. Qalır digər stoperin kimliyini dəqiqləşdirmək.

50 yaşlı mütəxəssisin ön xətlə bağlı da tərəddüdü davam edir. Əvvəl-əvvəl onun üçün David Volkov sivir ucda vazkeçilməz idi. "Qəbələ" ilə matçda dubl edən gürcüstanlı sonrakı görüşlərdə kölgəyə çəkildi. Buna aydın sezən mütəxəssis ilk iki oyununda bir dəqiqə belə şans vermədiyi İshak Belfodili "Zirə" ilə matçın ikinci yarısında Volkovun yerinə meydana buraxdı.

"Qarabağ"la son oyunda isə əlcəzairli forvard ilk "onbirlik"də yer almışdı. Və yaxşı da oyun keçirdi. Xüsusilə ikinci qolda onun böyük xidmətləri oldu. 3 rəqibini arxada qoyan təcrübli oyunçu asistlə yadda qaldı. Elə üçüncü qolda da onun payı az olmadı. Bədavi Hüseynovla mübarizədə udduğu top Parrisə düşdü və ardınca qol vuruldu.

Yəqin ki, növbəti oyunlarda onu daha çox meydana görə biləcəyik.

Məsələn, Ayaz Quliyevin yoxluğunda Kristian Da Sliva da özünü yaxşı tərəfdən göstərə bildi. Cessi Sekidikanın da oyun qurucusu kimi işləri pis getmədi.

Bir sözlə, hələ də Renduliç istədiyi "11-lik" üçün axtarışlarını davam etdirir. Yəqin ki, əsl işini də bu mərhələni tamamlayandan sonra görə, qiymətləndirə biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti