"Sabah"ın Letiçi "Partizan"la bağlı uşaqlıq xəyalın "Sportinfo"ya açıqladı

12 Avqust 2023 19:00 Sabah 1 560
"Sabah"ın Letiçi "Partizan"la bağlı uşaqlıq xəyalın "Sportinfo"ya açıqladı

"Bizim üçün vacib qələbə idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Partizan"la ilk matçındakı qələbə (2:0) haqda danışan "Sabah"ın müdafiəçisi Boyan Letiç deyib.

30 yaşlı legioner adlı-sanlı rəqib üzərində parlaq qələbənin səbəblərini isə belə izah edib:

"Sadəcə, öz oyunumuzu oynadıq. Meydanda bizə tapşırılan bütün göstərişləri yerinə yetirdik və bizə lazım olan nəticəni qazanmağı bacardıq".

Bosniyalı legioner vurduğu fantastik qol barədə də fikirlərini dilə gətirib:

"Komandamızın qələbəsinə qolla töhfə verdiyimə görə şadam. Lakin əsas olan komandanın qələbə qazanmasıdır. Hamımız bunun üçün çalışırıq.

“Partizan” Serbiyanın ən köklü klublarından biridir. Bu cür kluba qol vurmaq mənim uşaqlıq xəyalım idi. Şadam ki, bunu gerçəkləşdirə bildim".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti