Tanınmış telejurnalist: "Sabah" üçün nə desən, azdır! - VİDEO

11 Avqust 2023 22:20 Sabah 1 143
Tanınmış telejurnalist: "Sabah" üçün nə desən, azdır! - VİDEO

Konfrans Liqasındakı digər təmsilçimiz paytaxtın “Sabah” klubu isə evdə Serbiya “Partizan”ına 2:0 hesabı ilə qalib gəldi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Masazırda keçiriləcək qarşılaşmada avrokuboklar təcrübəsinə əsasən favorit qonaqlar göstərilirdi:

“Lakin təmsilçimiz baxımlı və əzmkar futbol nümayiş etdirərək rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Bütün zonlarda üstün tərəf komandamız idi.

Həm toplu, həm də topsuz oyunda qonaqlara qarşı böyük üstünlük yaradıldı. Heç bir kobud səhvə yol verilmədi.

Taktiki intizam var idi. Hücumda isə aqressiv və istəkli oldular. Zamanında hücumda çoxalmağı bacardılar.

Murad Musayevə və texniki heyətinə yağlı 5 düşür. Sadəcə, əhsən! Cavab qarşılaşmasında da xüsusilə ilk 15-20 dəqiqədə önəmlidi.

Rəqibin təzyiqini qıra bilsək, Belqraddan da qələbə ilə qayıdacağağımıza şübhə etmirəm”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti