“Partizan”ı Serbiyada linç edirlər – “Hesab 0:5 olmalıydı”

11 Avqust 2023 16:40 Sabah 4 127
“Partizan”ı Serbiyada linç edirlər – “Hesab 0:5 olmalıydı”

“Partizan” Konfrans Liqasının üçüncü mərhələsində “Sabah”a məğlub oldu – 0:2.

Oyundan əvvəl Bakıya səfər edən qonaqlar qarşılaşmanın favoriti hesab olunurdu.

Bir tərəfdə Serbiya nəhəngi və beynəlxalq arenalarda zəngin təcrübəyə sahib “Partizan”, digər tərəfdə 6 il əvvəl yaranan, avrokuboklarda debüt mövsümünü keçirən “Sabah”.

Məhz buna görə də Azərbaycan təmsilçisinin parlaq qələbəsi serbiyalı fanatları razı salmır.

“Partizan” azarkeşləri klubun sosial media səhifələrini komanda üzvləri üçün “cəhənnəmə” döndərib. Hədəfin mərkəzində klub rəhbərliyi ilə baş məşqçidir.

Fanatlar sevimli komandalarının məğlubiyyətini heç cür həzm edə bilmir, cavab oyunu öncəsi hədə mesajları verir.

Serb fanatların şərhlərini təqdim edirik:

“Gedin Yovanoviçə (“Partizan”ın qapıçısı) minnətdar olun. Biabırçılıqdan qurtardı sizi. Yoxsa hesab 0:5 olacaqdı”.

“Heyf sizə xərclədiyim 2 saat. Bilsəydim, o vaxtı terrasda oturub ağacların necə çiçək açmasına xərcləyərdim”.

“Bu biabırçılığı utanmadan sosial şəbəkələrdə paylaşırsınız, hə? “Partizan” azarkeşləri bu cür həqarətə layiq deyil”.

“Yovanoviçi ortaya qoyub, qarşısında diz çöküb, əllərindən və ayaqlarından öpün”.

“Səmimi deyirəm, bəxtimiz gətirdi. Hesab 0:5 olmalıydı”.

“Cavab oyununda azarkeşlərdən dəstək gözləyəcəksiniz? Aha, görəcəksiniz. Ağlı olan stadiona getməz. Günahınızı yuyun, sonrasına baxarıq”.

“Gələn həftə bu komandanı dəstəkləməliyik? Yenə məğlubiyyətə əsəbiləşmək üçün?”

“Heç utanırsınız? Uduzduğunuz komandadan xəbəriniz varmı? UEFA-nın sıralamasında 29-cu yeri tutan ölkənin avrokuboklarda debüt edən “Sabah”ı sizi məğlub etdi. Başınızı qaldırmayın, lütfən”.

“Nə qədər klubun başında mafiya dayanıb, belə də davam edəcək. Rəhbərliyi dəyişin, “Partizan” 2 ildən sonra Çempionlar Liqasının qrupunda oynayacaq”.

“Adamın futbolçu adına yox, məşqçilik bacarığına baxmaq lazımdır. Bizimkilər hələ də Dulyayın UEFA kubokunun qalibi olmasının sevinci ilə yaşayır”.

“Klubda dəyişikliklər görmək istəyirsinizsə, cavab oyununu boykot edin. Əminəm ki, stadion azarkeşsiz olsa, yenə uduzacaqlar. Bəlkə ondan sonra dəyişiklik haqda düşünərlər”.

“Dulyay “Sabah”ı “Voyvodina” ilə səhv salmışdı. Azərbaycanda ona futbolu necə oynamaq lazım gəldiyini öyrətdilər”.

Komandalar arasında cavab görüşü aprelin 17-də Belqradda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti