Serbiya “Partizan”ının idman direktoru İvitsa Kral Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la səfər oyunu öncəsi açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o deyib:
“Futbolçular kimi mənim də fikrim “Sabah”la oyunlara yönəlib.
Əgər bu mərhələdə hər şey gözlədiyimiz kimi keçsə və növbəti mərhələyə yüksəlsək, o zaman deyə bilərəm ki, Konfrans Liqasının pley-off mərhələsinin püşkü bizim üçün yaxşıdır ("Sabah"-"Partizan" cütünün qalibi “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq -red).
İspaniyanın “Osasuna”sı ilə düşə bilərdik. Bütün rəqiblərə hörmət edirəm, amma əvvəlcə “Sabah”la oyunumuz var”.
"Sabah"ın "Partizan"la ilk oyunu avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

