"Rəqibi analiz etmişik. İnanırıq ki, hər şey yaxşı olacaq".
Sportinfo.az xəbər verir ki, bunu Serbiya "Partizan"ının futbolçusu Svetozar Markoviç Bakıda "Sabah"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə deyib.
23 yaşlı müdafiəçi bildirib ki, gözləntilər hər avrokubok matçından əvvəl olduğu kimidir:
"İrəliləmək istəyirik. Baş məşqçinin də dediyi kimi, qarşımızda çox çətin iş var və ən yaxşısına ümid edirik".
Avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.

