Azərbaycan yığmasında 1 qol vuran gənc oyunçunu bu kluba icarəyə verdilər

10 Avqust 2023 01:20 Sabah 1 109
Azərbaycan yığmasında 1 qol vuran gənc oyunçunu bu kluba icarəyə verdilər

"Beşiktaş" Berkay Vardarı icarəyə verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçini "Şerif"ə göndərib.

Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Gənc dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Tiraspol təmsilçisinin heyətində keçirəcək.

Futbolçu bu gün Moldovaya gedərək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Berkay Vardar Azərbaycanın U-19 millisinin üzvü olub. O, yığmamızın heyətində üç rəsmi oyunda meydana çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti