Azərbaycanı Ərəbistana dəyişmək istəyən hücumçu haqda SON AÇIQLAMA

9 Avqust 2023 15:00 Sabah 2 993
Azərbaycanı Ərəbistana dəyişmək istəyən hücumçu haqda SON AÇIQLAMA

“Bu məsələ ilə bağlı yekun qərarı özü verəcək”.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında Coy Lens Mikelsin klubdan ayrılmaq perspektivi haqda danışıb.

"Sabah"ın hücumçusu Səudiyyə Ərəbistanından təklif alıb. Ərəblər 2 ildir ölkəmizdə legioner həyatı yaşayan almaniyalıya 800 miin avro ödəməyə hazırdır.

Onun Masazır klubu ilə müqaviləsi gələn ilin yayında bitəcək. Kontraktda belə bir bənd var ki, hücumçu 300 min avro ödəyərsə, sərbəst qala bilər.

E.Həmidob bildirib ki, Mikels hazırda komandanın düşərgəsindədir və məşqlərdə iştirak edir:

“Onunla bağlı konkret təklif var. Hazırda bütün komanda olaraq "Partizan"la qarşdakı vacib oyunu düşünürük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti