"Sabah"dan serbləri sevindirəcək XƏBƏR VAR

9 Avqust 2023 11:00 Sabah 3 223
"Sabah"dan serbləri sevindirəcək XƏBƏR VAR

"Sabah" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Partizan"la ilk matçına ciddi itki ilə çıxacaq.

Belə ki, komandanın kapitanı Elvin Camalovun zədə səbəbindən görüşü buraxacağı dəqiqləşib.

28 yaşlı futbolçu 2-ci mərhələnin RFS-lə cavab görüşünün 69-cu dəqiqəsində xəsarət alaraq yerini Anatoli Nuriyevə verməli olmuşdu.

Hələ də məşqlərə başlamayan dayaq yarımmüdafiəçi bu səbəbdən Premyer Liqanın birinci turunun "Qəbələ" ilə görüşünü də buraxmalı olmuşdu.

Ümid olunurdu ki, bəlkə serbrlərlə görüşə həkimlər onu sağaldar. Lakin zədənin ciddiliyi buna imkan verməyib.

Camalovun səfər oyununda belə oynaması sual altındadır.

"Sabah" - "Partizan" qarşılaşması sabah, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti