"Partizan"dan Bakı səfərinə soyuq münasibət

8 Avqust 2023 23:40 Sabah 4 331
"Partizan"dan Bakı səfərinə soyuq münasibət

Konfrans Liqasında mübarizəni davam etdirən "Sabah" növbəti görüşə hazırlaşır.

Təmsilçimiz yarışın ikinci təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

İlk matç 10 avqust "Bank Respublika Arena"da keçiriləcək.

Belqrad təmsilçisinin Bakı səfərinin proqramı artıq bizə məlumdur.

Rəqib komandanı gətirən təyyarə sabah saat 14:40-da Heydər Əliyev adına Hava Limanına eniş edəcək.

Serbiyalılar oradan bir başa məskunlaşacaqları "Hilton Hotel"ə üz tutacaqlar.

Sabah axşam saat 20:00-da isə İqor Duljajın yetirmələri "Bank Respublika Arena"da oyun öncəsi son məşqinə çıxacaq.

Əlavə edə ki, səfər matçlarına daim "Partizan"nın yanında olan çılğın fanatlar nədənsə bu dəfə ölkəmizə gəlməyiblər.

Heç Serbiyadan olan həmkarlarımızdan da oyunu işıqlandırmaq üçün səfər yollanan kimsə olmayacaq.

Görünür, qonaqlar Bakı klubunun avrokuboklarda yeni olduğunu düşünüb, qarşılaşmaya o qədər də ciddi yanaşmağı məqbul hesab etməyiblər.

Ümid edək ki, Murad Musayevin yetirmələri göstərəcəyi parlaq futbolla rəqibini buna görə cəzalandıracaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti