Niderlandlı hücumçu "Sabah"dan danışdı: "İnamımızı artırdıq, növbəti addıma hazırıq"

8 Avqust 2023 20:20 Sabah 1 235
Niderlandlı hücumçu "Sabah"dan danışdı: "İnamımızı artırdıq, növbəti addıma hazırıq"

"Partizan"ın hücumçusu Kvinsi Meniq Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la oyun öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, niderlandlı forvard deyib:

"Sabah"la oyun bizim üçün çox vacibdir. Ölkə çempionatında "Voyvodina" üzərində qələbə ilə Azərbaycandakı oyundan əvvəl inamımızı artırdıq. Növbəti addıma hazırıq".

"Sabah"ın "Partizan"la ilk oyunu avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti