"Partizan"ın direktoru: "Hər şey gözlədiyimiz kimi getsə… Əvvəlcə "Sabah"ı keçməliyik"

8 Avqust 2023 09:20 Sabah 1 252
"Partizan"ın direktoru: "Hər şey gözlədiyimiz kimi getsə… Əvvəlcə "Sabah"ı keçməliyik"

"Hazırda bütün fikrimiz növbəti oyundadır".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ının idman direktoru İvitsa Kral yerli mətbuata açıqlamasında deyib.

Bu cütün qalibi növbəti raundda "Styaua" (Rumıniya) / "Norşellan" (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.

Pley-off mərhələsinin püşkatmasını dəyərləndirən funksioner hər iki rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

"Hər şey gözlədiyimiz kimi getsə, bu barədə düşünmək olar.

Onu deyim ki, "Osasuna" və ya başqa güclü komanda ilə düşməkdənsə, bu kollektivlərdən biri ilə oynamaq daha yaxşı olacaq. Amma əvvəlcə "Sabah"ı keçməliyik".

"Sabah"la "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə 1 həftə sonra Belqradda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti