Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqamızda

8 Avqust 2023 08:30 Sabah 853
Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqamızda

Premyer Liqanın I turu yeni legionerlərin debütü ilə əlamətdar olub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb.

Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb.

Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vinsent Til “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.

Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdı.

Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinib. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti