"Sabah"ın düşərgəsində baş verəcək şok ayrılıq barədə xəbər vermişdik.
Belə ki, komandanın liderlərindən biri olan Con Leys Mikels buradan getməyə qərar verib.
Səudiyyə Ərəbistandan yaxşı təklif alan almaniyalı legioner klubunu dəyişmək istəyində qətidir.
Deyəsən, bu istək ona heç də asan başa gəlməyəcək.
Ön xətt oyunçusunun "tələbələr"lə 2024-cü ilin yayına kimi müqaviləsi var.
Onu heyətinə qatmaq istəyən klub isə müqaviləsində göstərilən 300 min dollar təzminatı ödəməlidir.
Ərəblər pulu ödəməyə ilk gündən hazırdı.
Sadəcə danışıqlar zamanı qarşı tərəf "Sabah" rəhbərliyinə təzminət məbləğini bir dəfəyə yox, bir neçə dəfəyə klubun hesabına köçürə biləcəklərini bildiriblər.
Şərt Bakı təmsilçisinin rəhbərliyini qane etməyib.
Əslində danışıqların uzanması/uzadılması "Sabah"ın Mikelsi buraxmamaq istəməməsi ilə bağlıdır.
Pulun hissə-hissə ödənilməsinə razılaşmamaq da bundan irəli gəlir. Transferin gecikməsinə yeganə maneə də budur.
29 yaşlı hücumçu 2021-ci ildən "Sabah"ın şərəfini qoruyurdu. O, arxada qalan müddətdə meydana çıxdığı 68 oyunda 32 qol, 19 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

