Murad Musayev iki Azərbaycan klubuna "YOX" dedi

7 Avqust 2023 19:40 Sabah 5 323
Murad Musayev iki Azərbaycan klubuna "YOX" dedi

"Araz Naxçıvan" və "Kəpəz" "Sabah"ın üzvünü heyətinə qatmaq üçün hərəkətə keçib.

Söhbət Masazır təmsilçisinin yarımmüdafiəçisi Şakir Seyidovdan gedir.

Hər iki klub da 22 yaşlı futbolçunun məxsus olduğu "Sabah"a müraciət edib.

Ki, yetirməsini icarəyə versin.

Amma bu istək baş tutmayıb.

Belə ki, "tələblər"in çalışdırıcısı Murad Musayev Seyidovu yeni mövsüm sərəncamında görmək istədiyini bildirib.

Şakir ötən sezonu icarə əsasında "Turan"da keçirmişdi. O, qərb təmsilçisində meydana çıxdığı 32 oyunda 2 asistlə yadda qalmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti