"Sabah"ın baş məşqçisi Murad Musayev Coy Lens Mikelsin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, almaniyalı hücumçunun mümkün keçidi haqda deyib:
"Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik.
Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər.
Hələ ki, heç nə dəqiq deyil. Lens özü də yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm".
2021-ci ilin yayından "Sabah"da çıxış edən Mikelsin klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

