"Sabah"ın Avropa Konfrans Liqası II təsnifat mərhələsinin Serbiya "Partizan"ı ilə keçirəcəyi cavab matçının vaxtı və hakimləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma avqustun 17-də Belqraddakı "Partizan" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi baş hakimi Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri Marçin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Qritskeviç yerinə yetirəcək.
Bu komandalar arasında ilk matç 10 avqust tarixində "Bank Respublika Arena"da baş tutacaq.

